Son dəqiqə

Fələstin İsrail Qəzza zolağı

İsrail ordusu mülki əhalinin evlərini hədəf alıb

Bakı, TurkicWorld

İsrail ordusu Qəzza zolağının şimalında yerləşən Qəzza şəhərinin "Şucaiyye" və "Tuffah" məhəllələrində mülki əhalinin evlərini artilleriya atəşi ilə bombalayıb.

TurkicWorld xəbər verir ki, mülki müdafiə qrupları indiyədək evlərin dağıntıları altından qadın və uşaqlar da daxil olmaqla çoxlu ölü və yaralıları çıxarıb.

Yaralılar Qəzzadakı Əl-Ehli Baptist Xəstəxanasına yerləşdirilib.

Bundan əlavə, şahidlər İsrailin Quadcopter pilotsuz təyyarələrinin Şucaiyye rayonunda hərəkət edən hər şeyə atəş açdığını bildiriblər.

İsrail dövlət televiziyası KAN ordunun səhər saatlarından intensiv artilleriya və hava hücumları ilə eyni vaxtda qurudan Şucaiyye bölgəsinə girməyə başladığını açıqlayıb.

Qeyd edək ki, Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, Qəzzada 3 mindən çox fələstinli öldürülüb və 2,3 milyon əhalisinin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.

Nazirlik öz sayında mülki şəxslər və döyüşçülər arasında fərq qoymur, lakin qadınların və uşaqların ölənlərin üçdə ikisini təşkil etdiyini bildirir.

İsrail dinc sakinlərin ölməsində HƏMAS-ı günahlandırır, çünki yaraqlılar sıx yaşayış məntəqələrində döyüşürlər.

İsrail heç bir sübut təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər