Son dəqiqə

Fələstin İsrail Qəzza zolağı

Fələstin BMT-ni Qəzzada atəşkəs üçün təcili tədbirlər görməyə çağırıb

Bakı, TurkicWorld

Fələstin Qəzzada atəşkəsin təmin edilməsi üçün Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasını təcili tədbirlər görməyə çağırıb.

TurkicWorld xəbər verir ki, Fələstinin BMT-dəki daimi nümayəndəsi Riyad Mənsur, BMT-nin baş katibi Antonio Quterreşə, iyun ayında BMT Təhlükəsizlik Şurasına sədrlik edən Cənubi Koreyaya və BMT Baş Assambleyasının prezidenti Dennis Fransisə məktub göndərib.

Mənsur məktubda Qəzzada atəşkəsin təmin edilməsi, Fələstin xalqının müdafiəsi və beynəlxalq qaydalara riayət edilməsi üçün BMT Təhlükəsizlik Şurasının təcili addım atmasını istəyib.

“İşğalçı dövlət olan İsrail Qəzzada Fələstin xalqına qarşı hücumlarını davam etdirir və amansız zülm edir. Qəzzada 20 mindən çox uşaq itkin düşüb və təxminən 17 min uşaq valideynlərini itirib.” – deyə o qeyd edib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər