Son dəqiqə

İsrail Livan

Livan baş naziri İsraildən Livana hücumları dayandırmağı tələb edib

Bakı, TurkicWorld

Livanın baş naziri Nəcib Mikati İsraili ölkəsinə qarşı hücumlarını dayandırmağa və Qəzza müharibəsinə son qoymağa çağırıb.

TurkicWorld xəbər verir ki, Mikati İsrailin hücumlar həyata keçirdiyi cənub bölgələrinə səfər edib.

Mikati araşdırmaları zamanı cənub bölgələri və oradakı insanlarla həmrəy olduğunu göstərmək üçün səfər təşkil etdiyini və burada baş verənləri yaxından izlədiklərini bildirib.

“Biz xalqımızın və müqavimət qüvvələrinin yanında vəzifəmizi yerinə yetiririk. Bizim məqsədimiz sözün əsl mənasında ölkəmizi qorumaqdır.” – deyə o bildirib.

Mikati Livanın hər zaman sülhün tərəfdarı olduğunu və BMT Təhlükəsizlik Şurasının Livan və İsrail arasında hücumların dayandırılmasını şərtləndirən 1701 saylı qətnaməsinin icrasının tərəfdarı olduğunu vurğulayıb.

Xatırladaq ki, oktyabrın 7-dən Qəzza zolağına hücumlarını davam etdirən İsrail şimal sərhədində də Livan Hizbullahı ilə döyüşür.

Son həftələr İsrail və Livan arasında “Mavi xətt” adlanan sərhəd xəttində gərginlik artmaqdadır.

İsrail ordusu iyunun 18-də Livana mümkün hücum üçün “əməliyyat planını” təsdiqlədiyini açıqlayıb.

İsrailin xarici işlər naziri Yisrael Katz iyunun 21-də verdiyi açıqlamada Hizbullahın İsrail torpaqlarına və vətəndaşlarına hücumlarına icazə verilə bilməyəcəyini və tezliklə lazımi qərarları verəcəklərini bildirib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər