Son dəqiqə

Türkiyə

Türkiyə külək enerjisindən elektirik istehsalını rekord həddə çatdırıb

Bakı, TurkicWorld

Türkiyənin külək enerjisindən elektrik istehsalı ötən gün 228 min 604 meqavat saatla bütün zamanların ən yüksək səviyyəsinə çatıb.

TurkicWorld xəbər verir ki, Türkiyədə gündəlik 1 milyon 16 min 62 meqavat saat elektrik istehsal edilib, istehlak isə 1 milyon 25 min 573 meqavat saat olub.

Ötən gün gündəlik 1 milyon 16 min 62 meqavat saat elektrik enerjisi istehsal edilib, istehlak isə 1 milyon 25 min 573 meqavat saat olaraq qeyd edilib.

Külək elektrik stansiyaları istehsalda yüzdə 22,5 payla birinci yerdədir. Bunu 20,2 faizlə idxal olunan kömür və 13,7 faizlə linyit elektrik stansiyaları izlədi.

Məlumat üçün qeyd edək ki, əvvəlki rekord yanvarın 7-də 218 min meqavat saatla qeydə alınıb.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər