Son dəqiqə

Türkiyə Səudi Ərəbistan

Səudiyyə Ərəbistanının müdafiə naziri Türkiyəyə səfər edib

Bakı,TurkicWorld

Səudiyyə Ərəbistanının müdafiə naziri Halid bin Salman əl-Səud Türkiyəyə rəsmi səfər edib.

TurkicWorld xəbər verir ki, rəsmi qonağı Türkiyənin Milli Müdafiə naziri Yaşar Güler qarşılayıb.

Hər iki ölkənin himnləri səsləndirildikdən sonra Salman fəxri qarovul dəstəsini salamlayıb.

Qarşılama mərasimdən sonra nazirlər mətbuata qapalı təkbətək və heyətlərarası görüş keçiriblər.

Mövzuya görə xəbərlər