Son dəqiqə

Fələstin İsrail Almaniya Qəzza zolağı

Berlində Fələstinə dəstək nümayişində çoxlu insan saxlanılıb

Bakı, TurkicWorld

Almaniyanın paytaxtı Berlində Fələstinə dəstək nümayişi zamanı çoxlu nümayişçi saxlanılıb.

TurkicWorld xəbər verir ki, yüzlərlə insan Fələstinlə həmrəylik nümayiş etdirmək və İsrailin Qəzzaya hücumlarına etiraz etmək üçün Berlində bələdiyyə binası qarşısında toplaşıb.

Daha sonra nümayişçilər Fələstin bayraqları ilə yürüş edib və əllərində "Fələstinlilərin həyatı önəmlidir", "Atəşkəs indi" və "İsrail tərəfindən 19 mindən çox qadın öldürülüb" yazılı plakatlar və lövhələr tutublar.

Əksəriyyəti qadın və uşaqlardan ibarət nümayişçilər “Qəzzada soyqırımı dayandırın”, “Fələstinə azadlıq”, “Netanyahu terrorçudur” kimi şüarlar səsləndiriblər.

Keçirilən nümayişə polis müdaxilə edərək çoxlu sayda fəalı saxlayıb.

Bəzi nümayişçilərin əlləri qandallı olarkən, bir fəal polisin müdaxiləsindən sonra huşunu itirib.

Nümayiş təşkilatçıları polisin dinc etirazçılara sərt müdaxiləsi ilə bağlı cinayət işi açacaqlarını açıqlayıb.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər