Son dəqiqə

Polşa Almaniya

Almaniya və Polşa müdafiə sahəsində əməkdaşlığı genişləndirəcək

Bakı,TurkicWorld

Almaniya və Polşa müdafiə sahəsində əməkdaşlığı artırmaq qərarına gəlib.

TurkicWorld xəbər verir ki, Varşavada Almaniya-Polşa hökumətlərarası yüksək məsləhətləşmələr iclası keçirilib.

Altı ildə ilk dəfə keçirilən görüşdən sonra iki ölkənin iqtisadi, müdafiə və silahlanma siyasətlərində daha yaxından əməkdaşlıq etməsi üçün ortaq fəaliyyət planı açıqlanıb.

Qarşıdakı illərdə iki ölkə arasında mövcud əməkdaşlığı dərinləşdirmək və formalaşdırmaq məqsədi daşıyan plan NATO-nun qərb müdafiə alyansının hərbi gücünün artırılmasını nəzərdə tutur.

“Müdafiə imkanlarımızın qarşılıqlı əlaqəsini və standartlaşdırılmasını gücləndirəcəyik, istehsal güclərimizi artıracağıq və müdafiə sənayemizə investisiyaları təşviq edəcəyik”,- deyə planda qeyd olunub.

Mövzuya görə xəbərlər