Son dəqiqə

Azərbaycan Polşa

Azərbaycan güləşçiləri beynəlxalq turnirdə uğurla çıxış ediblər

Bakı. TurkicWorld:

Azərbaycan güləşçiləri Polşanın paytaxtı Varşavada beynəlxalq turnirdə uğurla çıxış ediblər.

Azərbaycan Güləş Federasiyasından TurkicWorld-a verilən məlumata görə, ənənəvi yarışda ölkəmizi sərbəst güləş üzrə millinin üzvləri Sabir Cəfərov (70 kiloqram), Əşrəf Aşırov (79 kiloqram) və Abubakr Abakarov (92 kiloqram) təmsil ediblər. Sabir və Abubakr qızıl, Əşrəf isə gümüş medal qazanıb.

Mövzuya görə xəbərlər