Bakı, TurkicWorld
Avropa İttifaqının Azərbaycanla sərhəddə yerləşdirilmiş "müşahidəçi"ləri yenidən aktivləşiblər.
Bununla bağlı "TurkicWorld"ə yeni görüntülər daxil olub.
Bu gün növbəti missiyanın Fərəhli kəndi istiqamətində göründüyünə dair xəbər yayılıb. Günorta saatlarında isə "müşahidəçilər" Zəngilan isitqamətində "peyda olublar".
Məlum olub ki, saat 13 radələrində Azərbaycan sərhədinin bir neçə kilometrliyində yerləşən Ermənistan ordusunun postuna Avropa İttifaqına məxsus 3 ədəd "Toyota" markalı avtomobil yaxınlaşıb. Avtomobillərdə olan Aİ müşahidəçilərinin postdakı silahsız erməni hərbçisinin müşayiəti ilə Azərbaycan ərazilərini müşahidə etməsi qeydə alınıb.
Qeyd edək ki, oktyabrın əvvəlində mətbuatda kəşfiyyat materialları toplayan Aİ missiyasının Gorus rayonu ərazisindən keçmiş "Laçın dəhlizi" istiqamətindəki Azərbaycan ərazilərini izlədiyinə dair foto və video yayılmışdı.