Son dəqiqə

Azərbaycan Çin

Azərbaycanla Çinin daha bir şirkəti arasında Anlaşma Memorandumu imzalanacaq

Bakı, TurkicWorld

Yaxın vaxtlarda Energetika Nazirliyi ilə Çinin "China Datang Corporation Limited" şirkəti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanacaq.

TurkicWorld xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov X sosial şəbəkəsindəki hesabında bildirib.

"Pekində Bərpa Olunan Enerji layihələrinin planlaşdırılması, dizaynı, tikintisi, istismarı və maliyyələşdirilməsi sahəsində geniş imkanlara malik "China Datang Corporation Limited" şirkətinin təcrübəsi və beynəlxalq fəaliyyəti ilə tanış olduq. Şirkətin idarə heyətinin sədri Zou Lei ilə günəş elektrik stansiyaları, quruda və dənizdə külək elektrik stansiyaları, enerji saxlama və Yaşıl Hidrogen istehsalı layihələri üzrə investisiya əməkdaşlığını dəyərləndirdik. Yaxın vaxtlarda Energetika Nazirliyi ilə şirkət arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalamağı razılaşdırdıq", - deyə paylaşımda qeyd olunub.

Mövzuya görə xəbərlər