Son dəqiqə

Kanada meşə yanğınları

Kanada meşə yanğınında üç mindən çox insan təxliyyə edilib

Bakı. TurkicWorld:

Kanada meşə yanğınında üç mindən çox insan təxliyyə edilib.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, Şimali Rokki Regional Bələdiyyəsi 3600-dən çox insanın yaşadığı Fort Nelson şəhəri üçün evakuasiya əmri verib.

“Hazırda bu meşə yanğınının ölçüsü 7 hektar olduğu təxmin edilir və “nəzarətsiz” kimi təsnif edilir.” – deyə rəsmilər açıqlama verib.

Bildirilib ki, quru qruplarının yanğını söndürmək səylərinə dəstək olmaq üçün iki helikopter və bir hava tankeri qrupu yanğına müdaxilə edir.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər