Bakı, TurkicWorld
Kanada federal hökuməti milli təhlükəsizliklə əlaqədar TikTok-un ölkədəki fəaliyyətini dayandırmasını istəyib. Bununla belə, bu qərar kanadalıların məşhur sosial media proqramına daxil olmasına mane olmayacaq.
TurkicWorld xəbər verir ki, Kanadanın İnnovasiya, Elm və İqtisadi İnkişaf naziri Fransua-Filip Şampan bildirib ki, Toronto və Vankuverdəki TikTok ofislərinin bağlanması qərarının milli təhlükəsizlik araşdırması zamanı əldə edilən məlumat və sübutlara əsaslandığını deyib.
Şampan, "TikTok-un Kanadadakı fəaliyyətinin milli təhlükəsizliyə zərər verə biləcəyi qənaətinə gəldik" deyərək və hökumətin təhlükəsizlik tədbirlərinin ictimaiyyət tərəfindən anlaşılacağına ümid etdiyini bildirib.
Açıqlamada TikTok-dan istifadənin şəxsi seçim olduğu vurğulanıb və kanadalıları proqramdan şüurlu şəkildə istifadə etməyə çağırılıb.
Şampan valideynləri və tətbiqdən istifadə etməyi düşünənləri potensial risklərdən xəbərdar olmağa çağırıb.
Qeyd edək ki, bir çox ölkələr TikTok-u təhlükəsizlik və zərərli məzmuna görə müxtəlif məhdudiyyətlərlə üzləşdirib. Məsələn, İordaniya, Hindistan, Əfqanıstan, İran, Pakistan və Tayvan platformanı tamamilə qadağan edib. Digər tərəfdən, Avstraliya, Kanada, İngiltərə və Yeni Zelandiya kimi ölkələr TikTok-un ictimai kompüter və cihazlarda istifadəsinə məhdudiyyət qoyublar.