Son dəqiqə

Prezident İlham Əliyev

Sığortaolunanların uçotu yalnız FİN vasitəsilə aparılacaq

Bakı. TurkicWorld:

Sığortaolunanların sığortaçıda uçotu yalnız FİN vasitəsilə aparılacaq.

TurkicWorld xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı Əmək Məcəlləsinə, "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" və "Əmək pensiyaları haqqında" qanunlara edilən dəyişikliklərdə öz əksini tapıb.

Sənədə əsasən, sosial sığorta nömrəsi (SSN) verilərkən elektron sistemlərdə həmin şəxsin şəxsiyyət vəsiqəsinin fərdi identifikasiya nömrəsi (FİN) ilə əlaqələndirilir.

Sığortaedənlər tərəfindən işə qəbul edilərkən sosial sığorta nömrəsi olan sığortaolunanlardan SSN-in tələb edilməsinə və ya başqa üsulla sosial sığorta nömrəsinin öyrənilməsinə ehtiyac qalmayacaq.

Qanun iyulun 1-dən qüvvəyə minir.

Mövzuya görə xəbərlər