Son dəqiqə

Fələstin BMT

Fələstin qanun layihəsi BMT-də təsdiqlənib

Bakı. TurkicWorld:

Fələstin qanun layihəsi Birləşmiş Millətlər Təşkilatında təsdiqlənib.

TurkicWorld xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyası bildirib.

BMT Baş Assambleyası Fələstinin BMT-yə üzvlüyünün BMT Təhlükəsizlik Şurasında yenidən müzakirə edilməsini və müşahidəçi statusuna malik Fələstinə bəzi əlavə hüquqlar verilməsini tələb edən qətnamə layihəsini qəbul edib.

Qeyd edək ki, qanun layihəsinə 143 “hə” səsi verilib.

Xatırladaq ki, Fələstin 2011-ci ildə BMT-yə tamhüquqlu üzv olmaq üçün müraciət etsə də, BMT Təhlükəsizlik Şurasında lazımi dəstəyi ala bilməyib.

Fələstin 2012-ci ildə isə BMT-də "daimi müşahidəçi statusu" alıb.

Fələstinin BMT-dəki daimi nümayəndəsi Riyad Mənsur aprelin 2-də verdiyi bəyanatda BMT-nin baş katibi Antonio Quterreşə məktub göndərərək, üzvlük müraciətlərinə yenidən baxılmasını istəyib. Quterreş aprelin 3-də BMT Təhlükəsizlik Şurasına məktub yazaraq Fələstinin tələbinin gündəmə gətirilməsini istəyib. BMT TŞ aprelin 8-də Fələstinin tələbini Yeni Üzvlərin Qəbulu Komitəsinə çatdırıb. Üzvlüklə bağlı BMT TŞ-yə qayıtmalı olan Komitə iki iclasdan sonra razılığa gələ bilmədiyini açıqlayıb.

Bunun ardınca Əlcəzair aprelin 18-də Fələstinin üzvlüklə bağlı BMT Təhlükəsizlik Şurasına qətnamə layihəsi təqdim etsə də, layihəyə ABŞ tərəfindən veto qoyulub.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər