Son dəqiqə

Fələstin İsrail ABŞ Riyad Əl-Maliki Qəzza

Qəzzada atəşkəs perspektivi yoxdur - Riyad Əl-Maliki

Bakı, TurkicWorld:

İsrail baş naziri Benyamin Netanyahu Qəzzada müharibənin davam etməsini istədiyi üçün Həmas və İsrail arasında atəşkəs razılaşması əldə etmək imkanı yoxdur.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, bu sözləri Fələstin administrasiyasının xarici işlər naziri Riyad Əl-Maliki deyib.

"Atəşkəs Netanyahunun məqsədlərinə nail olmasına imkan verməyəcək. Netanyahu çox yaxşı bilir ki, əgər hərbi əməliyyatlar dayandırılacaqsa amerikalılar və digərləri qalıcı atəşkəs üçün çalışacaq", - deyə o əlavə edib.

Qeyd edək ki, Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, Qəzzada 34 mindən çox fələstinli öldürülüb və 2,3 milyon əhalisinin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.

Nazirlik öz sayında mülki şəxslər və döyüşçülər arasında fərq qoymur, lakin qadınların və uşaqların ölənlərin üçdə ikisini təşkil etdiyini bildirir.

İsrail dinc sakinlərin ölməsində HƏMAS-ı günahlandırır, çünki yaraqlılar sıx yaşayış məntəqələrində döyüşürlər.

İsrail heç bir sübüt təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib.

Bu arada Qəzzada döyüşlər davam edir. İsrailin Qəzzanın cənubunda BMT-nin fələstinli qaçqınlarla işləyən agentliyi olan UNRWA-nın qida paylama məntəqəsinə endirdiyi zərbə nəticəsində agentliyin bir əməkdaşı həlak olub, 22 nəfər yaralanıb.

UNRWA-nın məlumatına görə, son beş ayda gedən döyüşlər zamanı agentliyin həlak olan işçilərinin sayı 188-ə çatdırıb.

Qəzzanın səhiyyə orqanları UNRWA anbarının həyətinə endirilən zərbə nəticəsində ümumilikdə 5 nəfərin öldüyünü bildirib.

Mövzuya görə xəbərlər