Son dəqiqə

Fələstin İsrail Kolumbiya Qəzza zolağı

Kolumbiya İsraillə diplomatik əlaqələri kəsdiyini rəsmi elan edib

Bakı. TurkicWorld:

Kolumbiya İsraillə diplomatik əlaqələri kəsdiyini rəsmi elan edib.

TurkicWorld xəbər verir ki, bu barədə Kolumbiya Xarici İşlər Nazirliyi bildirib.

“Kolumbiya hökumətinin bu gündən etibarən İsrail dövləti ilə diplomatik əlaqələri kəsmək qərarına dair şifahi notası dünən İsrailin Boqotadakı səfirliyinə rəsmi olaraq çatdırılıb”. – deyə bəyanatda qeyd edilib.

Açıqlamada bildirilib ki, İsrail səfirinə diplomatik personalın ölkədən getməsi barədə Xarici İşlər Nazirliyinin Protokol İdarəsi vasitəsilə məlumat verilib.

Bundan əlavə, bəyanatda Tel-Əviv və Boqotada konsulluq fəaliyyətlərinin davam etdiriləcəyi bildirilib.

Xatırladaq ki, Petro mayın 1-də verdiyi açıqlamada Qəzzada Fələstin xalqına qarşı davam edən hücumlara görə İsraillə diplomatik əlaqələrin kəsiləcəyini açıqlamışdı.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər