Son dəqiqə

İran

Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri İrana səfər edəcək

Bakı. TurkicWorld:

Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Qrossi İrana səfər edəcək.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, Qrossi İrana mayın 6-8-də keçiriləcək nüvə konfransında iştirak etmək və İran rəsmiləri ilə görüşmək üçün səfər edəcək.

Qrossi bildirib ki, İran tərəfindən uranın zənginləşdirilməsi tempi keçən ilin sonundan bir qədər yavaşlasa da, İran hələ də ayda 7 kq uranı 60%-ə qədər yüksək sürətlə zənginləşdirir.

Məlumat üçün qeyd edək ki, 60%-ə qədər zənginləşdirmə uranı silah dərəcəsinə yaxınlaşdırır və nüvə enerjisi istehsalında kommersiya istifadəsi üçün lazım deyil.

Dünya gücləri ilə 2015-ci ildə bağlanmış müqaviləyə əsasən, İran uranı yalnız 3,67%-ə qədər zənginləşdirə bilər.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər