Son dəqiqə

Fələstin İsrail Qəzza UNRWA

Qəzza müharibəsində UNRWA-nın 182 əməkdaşı həlak olub

Bakı. TurkicWorld:

Qəzza müharibəsində BMT-nin Fələstinli Qaçqınlar üzrə Agentliyinin (UNRWA) 182 əməkdaşı həlak olub.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu sözləri BMT-nin Fələstinli Qaçqınlar üzrə Agentliyi (UNRWA) rəhbəri Filipp Lazzarini deyib.

Lazzarini onu da bildirib ki, İsrailin Qəzzaya hərbi hücumları agentliyin 160 obyektinə də ziyan vurub, binaların içərisində sığınan ümumilikdə 400 nəfərin ölümünə səbəb olub.

Qeyd edək ki, Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, Qəzzada 34 mindən çox fələstinli öldürülüb və 2,3 milyon əhalisinin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.

Nazirlik öz sayında mülki şəxslər və döyüşçülər arasında fərq qoymur, lakin qadınların və uşaqların ölənlərin üçdə ikisini təşkil etdiyini bildirir.

İsrail dinc sakinlərin ölməsində HƏMAS-ı günahlandırır, çünki yaraqlılar sıx yaşayış məntəqələrində döyüşürlər.

İsrail heç bir sübüt təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib.

Bu arada Qəzzada döyüşlər davam edir. İsrailin Qəzzanın cənubunda BMT-nin fələstinli qaçqınlarla işləyən agentliyi olan UNRWA-nın qida paylama məntəqəsinə endirdiyi zərbə nəticəsində agentliyin bir əməkdaşı həlak olub, 22 nəfər yaralanıb.

UNRWA-nın məlumatına görə, son beş ayda gedən döyüşlər zamanı agentliyin həlak olan işçilərinin sayı 165-ə çatdırıb.

Qəzzanın səhiyyə orqanları UNRWA anbarının həyətinə endirilən zərbə nəticəsində ümumilikdə 5 nəfərin öldüyünü bildirib.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər