BMT Qəzzada kütləvi məzarların şəffaf təhqiqatını tələb edib

BMT Qəzzada kütləvi məzarların şəffaf təhqiqatını tələb edib

Bakı. TurkicWorld:

Birləşmiş Millətlər Təşkilatı İsrail əsgərlərinin hücum etdiyi Qəzzada müharibədən zərər çəkmiş iki böyük xəstəxanada aşkar edilmiş kütləvi məzarların aydın, şəffaf və etibarlı təhqiqatına çağırıb.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, bu barədə BMT-nin İnsan Haqları Bürosunun sözçüsü Ravina Şamdasani bildirib.

Ravina Şamdasani onu da vurğulayıb ki, araşdırmalara beynəlxalq müstəntiqlər də cəlb edilməlidir.

Qeyd edək ki, Qəzzadakı kütləvi məzarlıqdan 200-ə yaxın cəsəd çıxarılıb.

X: Lamanasadli01