Yaxın Şərqdə eskalasiya heç kəsin maraqlarına uyğun deyil - Rişi Sunak

Yaxın Şərqdə eskalasiya heç kəsin maraqlarına uyğun deyil - Rişi Sunak

Bakı. TurkicWorld:

Yaxın Şərqdə heç kəsin maraqlarına uyğun deyil.

TurkicWorld xəbər verir ki, bu barədə Böyük Britaniyanın baş naziri Rişi Sunak bildirib.

“Bu, inkişaf etməkdə olan bir vəziyyətdir, faktlar aydınlaşana qədər mənim üçün spekulyasiya etmək düzgün olmaz”, - deyə o əlavə edib.

Qeyd edək ki, səhər saatlarında İsrail İran ərazisinə raket zərbələri endirib.

Aprelin 13-də İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) qanadlı və ballistik raketləri ilə "Doğru vəd əməliyyatı" kod adı altında İsrailə hücum edib. Hücumların aprelin 1-də İsrailin İranın Dəməşqdəki səfirliyini bombalamasına cavab olaraq həyata keçirildiyi bildirilir. Bu, iki ölkə arasında ilk birbaşa hərbi qarşıdurmadır.

X: Lamanasadli01