Son dəqiqə

Rusiya Ərəb dövlətləri

Ərəb ölkələri Moskvada konsert salonunda törədilən terror aktını pisləyib

Bakı. TurkicWorld:

Ərəb ölkələri Moskvada konsert salonunda törədilən terror aktını pisləyib.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, açıqlamalarda mərhumların ailələrinə baş sağlığı verilib

Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin verdiyi yazılı açıqlamada ekstremizmin və terrorizmin bütün formaları ilə mübarizənin vacibliyi vurğulanıb.

BƏƏ Xarici İşlər Nazirliyinin açıqlamasında isə "terror" hücumunun şiddətlə pisləndiyi və hücumda həyatını itirənlərin yaxınlarına başsağlığı verildiyi, yaralıların tezliklə sağalması dilədiyi bildirilib.

Liviya Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada Liviyanın mülki əhalini hədəf alan hər hansı terror aktını rədd etdiyi qeyd edilib.

Bundan başqa, Əlcəzair, Bəhreyn, Qətər, Küveyt, Oman, Misir, İordaniya, Fələstin, Livan, Tunis və Mərakeş xarici işlər nazirlikləri tərəfindən edilən yazılı açıqlamalarda Moskvadakı hücum pislənilib, həmrəylik mesajları verilib.

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Hüseyn İbrahim Taha verdiyi yazılı açıqlamada hücumu şiddətlə qınayıb və terrorun hər növünü rədd etdiklərini vurğulayıb.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər