Qətər və İran təhlükəsizlik münasibətlərini müzakirə ediblər

Qətər və İran təhlükəsizlik münasibətlərini müzakirə ediblər

Bakı,TurkicWorld

Daxili işlər naziri və İran səfiri təhlükəsizlik münasibətlərini müzakirə ediblər.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, Qətər Daxili işlər naziri və Daxili Təhlükəsizlik Qüvvələrinin (Lexviya) komandanı Şeyx Xəlifə bin Həməd bin Xəlifə Al Tani, İran İslam Respublikasının bu ölkədəki səfiri Əli Salehabadi ilə görüşüb.

Görüşdə ümumi maraq doğuran bir sıra mövzular, o cümlədən iki ölkə arasında təhlükəsizlik sahəsində əlaqələr və onların dəstəklənməsi və inkişaf etdirilməsi yolları müzakirə edilib.