Son dəqiqə

İsrail Almaniya Qəzza

Qəzzada humanitar fasilə həyati əhəmiyyət kəsb edir - Almaniya XİN

Bakı. TurkicWorld:

Qəzzadakı münaqişəyə humanitar fasilə verilməsi həyati əhəmiyyət kəsb edir.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Baerbok bildirib.

Məlumata əsasən, Baerbok Qəzzada insanların daha yaxşı müdafiəsi, onlara ərzaq çatdırılması və əsirlərin azad edilməsi üçün addımlar atılması lazım olduğunu bildirib.

Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.

Oktyabrın 7-də İsrail-Fələstin münaqişəsinin yeni mərhələsi başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 29 min 92 nəfərə çatıb.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər