Qahirədə atəşkəs müzakirəsi üçün dörd tərəfli toplantı başlayıb - Misir

Qahirədə atəşkəs müzakirəsi üçün dörd tərəfli toplantı başlayıb - Misir

Bakı. TurkicWorld:

Qahirədə atəşkəs müzakirəsi üçün dörd tərəfli toplantı başlayıb.

TurkicWorld-un məlumatına görə, bu barədə Misir mediası bildirib.

Misirin paytaxtı Qahirədə Qətər, ABŞ və İsrailin iştirakı ilə İsrailin hücumları altında olan Qəzza zolağında atəşkəs rejiminin müzakirəsi üçün planlaşdırılan dördtərəfli görüşün başladığı açıqlanıb.

Qeyd edilib ki, görüşdə Qəzzada saxlanılan israilli məhbusların azad edilməsi və İsrail həbsxanalarındakı fələstinlilərin azad edilməsi müqabilində bölgədə atəşkəs əldə olunması müzakirə olunub.

Hafiz Rufizoğlu