III Dünya Müharibəsi təhlükəsi ilə üz-üzəyik - Trump

III Dünya Müharibəsi təhlükəsi ilə üz-üzəyik - Trump

Bakı. TurkicWorld:

III Dünya Müharibəsi təhlükəsi ilə üz-üzəyik.

TurkicWorld-un məlumatına görə, bu barədə ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib.

"Dünya böyük təhlükə altındadır. Biz yəqin ki, III Dünya Müharibəsi təhlükəsi ilə üz-üzəyik. Çox təəssüflər olsun ki, bu dövr ABŞ tarixinin ən pis prezidentinə təsadüf edir.” - deyə Tramp bildirib.

Qeyd edək ki, ABŞ-nin keçmiş prezidenti və hazırda prezidentliyə namizədliyini irəli sürmüş Donald Tramp Rusiya-Ukrayna münaqişəsini 24 saat ərzində həll edə biləcəyini deyib. Bu sözlərindən sonra Ukrayna prezidenti Volodimir Zelenski bunun mümkün olmadığını Donald Trampa şəxsən izah etmək üçün onu Ukraynaya dəvət edib. Lakin hazırkı ABŞ prezidenti Co Baydenlə münaqişə yaşamaq istəmədiyini bildirərək bu dəvətdən imtina edib.

Hafiz Rufizoğlu