Son dəqiqə

Parisdə Livan Ordusuna Dəstək Konfransı üzrə Razılaşma Fransa Livanda Hizbullahın tərksilahını gündəmə gətirdi Paris danışıqları: Livan ordusu və təhlükəsizlik mexanizmləri Fransa–ABŞ–Səudiyyə xətti Livan ordusu üzərində uzlaşdı Livan üçün fevral konfransı: əsas diqqət silahlı qruplaşmalara Paris Talks Agree on February Conference to Support Lebanese Army France Pushes Hezbollah Disarmament at Paris Meeting

Parisdə Livan Ordusuna dəstək və Hizbullahın tərksilahı müzakirə edilib

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Fransanın paytaxtı Paris şəhərində keçirilən görüşdə iştirak edən siyasi tərəflər fevral ayında Livan Silahlı Qüvvələrinə dəstək məqsədilə beynəlxalq konfransın təşkili barədə razılığa gəliblər.

TurkicWorld xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin sözçüsü məlumat verib.

Nazirlik nümayəndəsinin sözlərinə görə, əsas diqqət mərkəzində “Hizbullah” qruplaşmasının tərksilahı istiqamətində real irəliləyişin təmin olunması məsələsi dayanıb.

Eyni gündə Parisdə Fransa, Səudiyyə Ərəbistanı və ABŞ rəsmiləri Livan ordusunun rəhbəri ilə ayrıca danışıqlar aparıblar. Görüşlərin məqsədi “Hizbullah”ın silahsızlaşdırılmasına dair mexanizmin işlənib hazırlanması və bunun üçün yol xəritəsinin yekunlaşdırılması olub.

Məlumata görə, təşəbbüs Livanda dövlət institutlarının gücləndirilməsi və təhlükəsizlik arxitekturasının yenidən qurulması kontekstində dəyərləndirilir.