Son dəqiqə

Prezident İlham Əliyev

"Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası" təsdiqlənib

Bakı, TurkicWorld

"Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası" təsdiq edilib.

TurkicWorld xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti üç ay müddətində aşağıdakıları müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı ödənişlərin məbləğlərini, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə fiziki və hüquqi şəxslər arasında su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə dair müqavilənin formasını, bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Mövzuya görə xəbərlər