Qəzzada hadisələr hər keçən gün şiddətlənir – Rufiz Hafizoğlu

Qəzzada hadisələr hər keçən gün şiddətlənir – Rufiz Hafizoğlu

Bakı. TurkicWorld:

Qəzzada hadisələr hər keçən gün şiddətlənir.

TurkicWorld xəbər verir ki, bu sözləri Trend BİA-nın direktor müavini, “Türk Dünyası” (Turkic.World) media platformasının rəhbəri, siyasi şərhçi Rufiz Hafizoğlu ARB 24-ə açıqlamasında deyib.

“İsrail rəsmiləri Qəzzada hər nə qədər uğurlu əməliyyatlardan danışsalar da, artıq özləri də etiraf edir ki, HƏMAS-ın Qəzza ərazisində olan tunellərindən sadəcə 20 faizi dağılıb”, – deyə o bildirib.

Siyasi şərhçinin sözlərinə görə, İsrailə beynəlxalq təzyiqlər də artıq öz təsirini göstərir.

Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.

Oktyabrın 7-də İsrail-Fələstin münaqişəsinin yeni mərhələsi başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 30 minə yaxınlaşıb.