Son dəqiqə

İsrail Qəzza zolağı Avropa Birliyi

Avropa Birliyi ekstremist yəhudilərə qarşı addımlar atmağı düşünür

Bakı. TurkicWorld:

Avropa Birliyi İordan çayının qərb sahilində məskunlaşanlara qarşı addımlar atmağı düşünür.

TurkicWorld-un məlumatına görə, bu barədə İsrailin Haaretz qəzeti bildirib.

Haaretz bir diplomata istinadən qeyd edib ki, ABŞ-ın bununla bağlı qəbul etdiyi qərarın Avropa Birliyində qəbul ediləcək qərarı sürətləndirəcək.

ABŞ prezidenti Co Bayden bir neçə gün əvvəl işğal altındakı İordan çayının qərb sahilində fələstinlilərə hücum edən yəhudi köçkünləri cəzalandırmaq üçün fərman verib.

"İşğal edilmiş İordan çayının qərb sahilindəki vəziyyət, xüsusilə ekstremist məskunlaşmaçılar tərəfindən zorakılığın yüksək səviyyəsi və əmlakın dağıdılması dözülməz həddə çatıb. Bu Qərbdə sülh, təhlükəsizlik və sabitlik üçün ciddi təhdid təşkil edir.” - deyə Bayden bildirib.

Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.

Oktyabrın 7-də İsrail-Fələstin münaqişəsinin yeni mərhələsi başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 27 min 238 nəfərə çatıb.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər