Son dəqiqə

Azərbaycan

Əli Tsokayev güləş üzrə dünya çempionatında bürünc medal əldə edib

Bakı,TurkicWorld

Azərbaycanın sərbəst güləşçisi Əli Tsokayev Qazaxıstanın Astana şəhərində keçirilən dünya çempionatında bürünc medal qazanıb.

92 kq çəki dərəcəsində mübarizə aparan idmançımız üçüncü yer uğrunda görüşdə iranlı dünya mükafatçısı Əmirhüseyn Firuzpurbandpeylə qarşılaşıb.

Rəqibinə 6:0 hesabı ilə qalib gələn Əli Tsokayev dünya çempionatını fəxri kürsüdə başa vurub.

Bu nəticə ilə Azərbaycan millisinin turnirdə qazandığı medalların sayı altıya çatıb. Yığmanın aktivində iki qızıl, iki gümüş və iki bürünc medal var.

Mövzuya görə xəbərlər