Son dəqiqə

Azərbaycan

Azərbaycan və Liberiya media sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib

Bakı,TurkicWorld

Azərbaycan və Liberiya arasında media və kommunikasiya sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, təcrübə mübadiləsinin genişləndirilməsi və rəqəmsal transformasiya istiqamətində tərəfdaşlıq imkanları müzakirə olunub.

Bu barədə Media və Yayım Şurasının məlumatında bildirilib.

Qeyd olunub ki, oktyabrın 30-da Media və Yayım Şurasında Liberiya Respublikasının informasiya nazirinin texniki xidmətlər üzrə müavini Nat Bayjay ilə ikitərəfli görüş keçirilib.

Görüşdə Şuranın sədri Əhməd İsmayılov Azərbaycan ilə Liberiya arasında media və kommunikasiya sahəsində əməkdaşlıq perspektivlərinin, təcrübə mübadiləsinin genişləndirilməsinin və informasiya mübadiləsi üzrə qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıb.

O bildirib ki, mədəniyyətlərarası dialoqun təşviqində, xalqlar arasında qarşılıqlı anlaşmanın gücləndirilməsində və ölkələr haqqında obyektiv məlumatların beynəlxalq ictimaiyyətə çatdırılmasında medianın rolu mühüm əhəmiyyət daşıyır.

Liberiyanın informasiya nazirinin texniki xidmətlər üzrə müavini Nat Bayjay Azərbaycanla media və kommunikasiya sahələrində əməkdaşlığın inkişaf etdirilməsi, institusional əlaqələrin genişləndirilməsi və qarşılıqlı təcrübə mübadiləsinin təşviqi perspektivlərini vurğulayıb.

O, rəqəmsal transformasiya proseslərinin əhəmiyyətini və bu istiqamətdə strateji tərəfdaşlıq imkanlarının genişləndirilməsi məsələlərini xüsusi qeyd edib.

Görüşdə, həmçinin media sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi, müasir kommunikasiya texnologiyalarının tətbiqi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Mövzuya görə xəbərlər