Son dəqiqə

Mali

Malidə qeyri-qanuni qızıl mədəninin çökməsi nəticəsində ən azı 70 nəfər ölüb

Bakı. TurkicWorld:

Malidə qeyri-qanuni qızıl mədəninin çökməsi nəticəsində ən azı 70 nəfər ölüb.

TurkicWorld-un məlumatına görə, bu barədə Mali Mədən Müdirliyi açıqlama verib.

Rəsmi hadisə nəticəsində ən azı 70 nəfərin həyatını itirdiyini və axtarış-xilasetmə işlərinin davam etdiyini qeyd edib.

Məlumat üçün qeyd edək ki, Afrikanın üçüncü ən böyük qızıl istehsalçısı olan Malidə qeyri-qanuni mədən fəaliyyətlərində belə qəzalar tez-tez baş verir.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər