Devid Kemeron Türkiyəyə səfər edəcək

Devid Kemeron Türkiyəyə səfər edəcək

Bakı. TurkicWorld:

İngiltərə xarici işlər naziri Devid Kemeron Qəzzada davamlı atəşkəs səyləri çərçivəsində İsrail, Fələstin, Qətər və Türkiyəyə səfər edəcək.

TurkicWorld xəbər verir ki, bu barədə İngiltərə Xarici İşlər Nazirliyi açıqlama verib.

Məlumata əsasən, açıqlamada Kemeronun bu həftə bölgədəki yüksək səviyyəli liderlərlə görüşləri zamanı Qəzzaya daha çox humanitar yardımın çatdırılması, əsirlərin azad edilməsi və davamlı, daimi atəşkəsə nail olunmasına diqqət yetirəcəyi bildirilib.

Bundan əlavə, Kemeronun Türkiyədəki hökumət rəsmiləri ilə təmaslarında regional təhlükəsizlik və Yaxın Şərqdəki digər çağırışları müzakirə edəcəyi vurğulanıb.

X: Lamanasadli01