Krım tatarlarının liderinə "Ukrayna Qəhrəmanı" medalı təqdim edilib

Krım tatarlarının liderinə "Ukrayna Qəhrəmanı" medalı təqdim edilib

Bakı. TurkicWorld:

Ukrayna prezidenti Volodimir Zelenski Krım tatar türk xalqının lideri Mustafa Abdülcemil Kırımoğluna “Ukrayna Qəhrəmanı” dövlət medalı təqdim edib.

TurkicWorld-un məlumatına görə, bu barədə Ukrayna prezidentinin ofisi yazılı açıqlama verib.

"Mustafa Abdülcemil Kırımoğluna Ukrayna-Rusiya müharibəsində bizimlə birlikdə olduğu üçün təşəkkür edirik.” – deyə Zelenski deyib.

Kırımoğlu qeyd edib ki, bu medal 10 ildir işğal altında olan soydaşlar üçün böyük mənəvi dəstəkdir.

“Torpağımız azad olunana qədər müharibə bitməyəcək.” – deyə o bildirib.

Məlumat üçün qeyd edək ki, “Ukrayna Qəhrəmanı” Ukraynanın ən yüksək milli tituludur.

Hafiz Rufizoğlu