Son dəqiqə

ABŞ yanğın

ABŞ-da meşə yanğınlarına görə 4 min nəfər təxliyə edilib

Bakı. TurkicWorld:

ABŞ-ın Kaliforniya ştatının cənubunda səhra küləyinin səbəb olduğu meşə yanğınları min hektardan çox ərazini məhv edib.

Trend xarici mətbuata istinadən xəbər verir ki, meşə yanğınları səbəbindən Riversayd dairəsində 4 mindən çox insan təxliyə edilib.

Oktyabrın 30-dan bəri yanğının miqyasi iki dəfə artıb. Güclü külək alovla mübarizəni çətinləşdirir.

Yanğınsöndürmə xidmətinin məlumatına görə, indiyə qədər yanğının yalnız 10 faizini söndürmək mümkün olub. Hakimiyyət orqanları 1220 evin 4 min 270 sakininin məcburi təxliyəsi barədə göstəriş verib. Həmçinin, bölgədə bir neçə avtomobil yolu yanğın təhlükəsi səbəbindən bağlanıb.

Mövzuya görə xəbərlər