Son dəqiqə

Türkiyə yanğın

Türkiyədə tekstil fabrikində yanğın baş verib

Bakı. TurkicWorld:

Türkiyənin Uşak vilayətində tekstil fabrikində naməlum səbəbdən yanğın baş verib.

TurkicWorld xəbər verir ki, hadisə yerinə çoxlu sayda yanğınsöndürən, təcili tibbi yardım və polis qrupları cəlb edilib.

Məlumata əsasən, hadisə nəticəsində ölən və ya xəsarət alan yoxdur.

Sıx tüstünün qalxdığı yanğının bitişik tikililərə keçməsinin qarşısının alınması istiqamətində işlər aparılır.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər