Ermənistan Roma Statutunu ratifikasiya etdi

Ermənistan Roma Statutunu ratifikasiya etdi

Bakı. TurkicWorld:

Ermənistan parlamenti Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya edib.

TurkicWorld erməni KİV-ə istinadən xəbər verir ki, qərar Ermənistan parlamentində müzakirə edilərək qəbul edilib.

Qeyd edək ki, Roma Statutunun qəbul edilməsi ilə Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarının icrası İrəvan üçün məcburi olub.

Xatırladaq ki, Haaqa tribunalı Rusiya Prezidenti Vladimir Putinin həbsinə dair qərar çıxarıb. Artıq Roma Statutunun ratifikasiyası ilə Vladimir Putin Ermənistan ərazisinə səfər edərsə, həbs edilməlidir.