Bakı. TurkicWorld:
Gizada Qədim Misir dövründə qurulmuş sfinks heykəli Nilin qərb sahilində, Cizə Yaylasında yerləşir. Ehtimala görə, Qədim Padşahlıq dövründə (təqribən e.ə. 1575-1465-ci illər) qurulub. Nəhəng və monolit qayadan yonulmuş uzanmış, insan başlı şir farmasında heykəlin uzunluğu 73 m, hündürlüyü 20 m-dir. Heykəlin üzü Nil çayına gündoğana baxır. Qədim Şərqdə şir günəş ilahisi kimi tərənnüm edilib.
Misirdə “Dəhşətlər atası” olaraq bilinən Sfinks haqqında 1817-ci ilə kimi heç bir məlumat olmayıb. İlk dəfə məhz həmin ildə qumların altından Sfinksin başı tapılıb. Daha sonra arxeoloq Mark Lehnerin dəstəyi ilə onun haqqında bir sıra məlumatlar əldə edilib.
Sfinks Misir fironu Xefrenin əmri ilə inşa olunub. Həmin dövrün malik olduğu şəraitlə onun tikintisi 100 işçi ilə üç il müddətində tamamlanıb.
Bu gün Sfinks haqqında olan ən maraqlı nüans əvvəllər onun hansı adı daşıdığıdır. Çünki “Sfinks” adı yunan dilindən götürülüb və bu ad Xefrenin dövründə verilə bilməzdi. Buna görə də Qədim Misirdə bu abidənin hansı adla adlandırıldığı böyük bir sirdir.
Qədim Misir tədqiqatçılarından Ceyms Allen misirlilərin tarixlərini yazıya almadıqlarını və buna görə də fəhlələrin onu necə gördüklərini bilmədiklərini deyib. Sfinksin adı haqqında bilinən tək gerçək bir vaxtlar onun “Bob” – deyə adlandırılmasıdır.
“Dəhşətlər atası”nın hansı məqsədlə tikildiyi və nəyi təmsil etdiyi bu gün də sirr olaraq qalmaqda davam edir. Bir ehtimala görə, o həmin dövrün tanrılarından olub, iki şirin birləşməsi kimi görünən və yeraltı dünyanın girişini qorumuş Rutinin rəmzidir.






