Son dəqiqə

İran Xarici İşlər Nazirliyi Küveyt Səudiyyə Ərəbistanı Bəhreyn beynəlxalq təhlükəsizlik Regional Təhlükəsizlik Hücumlar

Səudiyyə Ərəbistanı İranın Bəhreyn və Küveytə hücumlarını pisləyib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Səudiyyə Ərəbistanı İranın son hücumlarını kəskin şəkildə pisləyib və Körfəz ölkələrinin suverenliyinə dəstəyini bəyan edib.

TurkicWorld xəbər verir ki, Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi yaydığı bəyanatda İranın Bəhreyn və Küveytə qarşı həyata keçirdiyi hücumları “ən güclü şəkildə” pisləyib. Bəyanatda bu hücumların hər iki ölkənin suverenliyini pozduğu və regional, həmçinin beynəlxalq təhlükəsizlik üçün ciddi təhdid yaratdığı vurğulanıb.

Nazirlik bildirib: “İranın davamlı hücumları bölgədə gərginliyin artmasına səbəb olur və təhlükəsizliyi, sabitliyi zəiflədir.”

Həmçinin açıqlamada Səudiyyə Ərəbistanının Bəhreyn və Küveytin təhlükəsizliyini qorumaq məqsədilə atacaqları bütün addımları tam dəstəklədiyi bildirilib.

Mövzuya görə xəbərlər