BAKI,TurkicWorld,Yusif Şərifzadə
BMT-nin Livandakı sülhməramlı qüvvəsi (UNIFIL) İsrailin Livan ordusuna qarşı hücumlarını kəskin şəkildə pisləyib və həlak olanların ailələrinə başsağlığı verib.
TurkicWorld xəbər verir ki, UNIFIL Nəbatiyyə bölgəsində baş verən hücum nəticəsində ölən Livan ordusu üzvlərinin ailələrinə “səmimi başsağlığı” çatdırıb.
Sülhməramlı qüvvələr sosial şəbəkədə yayımladıqları açıqlamada bildiriblər: “Livan ərazisində bu cür hücumlar Livanın suverenliyinə, ərazi bütövlüyünə və BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinə kobud şəkildə ziddir.”
Qeyd olunur ki, 1701 saylı qətnamə 2006-cı ildə İsrail və Hizbullah arasında müharibəni dayandırıb və 2024-cü ilin noyabrında tərəflər arasında əldə olunmuş atəşkəsin əsasını təşkil edib.







