Bakı. TurkicWorld:
XIV əsrin sonunda Səmərqənd şəhəri məşhur fateh Əmir Teymurun nəhəng imperiyasının paytaxtı olub. Şəhər tez bir zamanda genişlənməyə başlayıb.
Əmir Teymur öz paytaxtını gözəl, qeyri-adi, ecazkar, digər şəhərləri kölgədə qoyacaq şəhər kimi görmək arzusunda idi. O, hətta şəhərin ətraf kiçik kəndlərinə Bağdad, Dəməşq, Qahirə adlarını qoyaraq Səmərqəndlə müqayisədə bu böyük şəhərlərin cılızlığını vurğulamaq niyyətində idi. Paytaxtın mərkəzində isə möhtəşəm Bibi xanım türbə-məscidi səmaya ucaldılıb. Bu məscid Teymurilər dövlətinin baş məbədi hesab olunub.
1404-cü ildə Səmərqənddə olmuş ispan səfir Ruis Qonsales de Klavixonun sözlərinə görə, şəhərin baş məscidi "hökmdar Teymurun bu vaxtadək tikdirdiyi ən gözəl abidədir".
Orta əsr tarixçisi isə qeyd edir ki, Bibi xanım məscidi hündür minarələrinin üzərində bütün dünyaya meydan oxuyur. Əfsanəyə görə, Teymurun sevimli həyat yoldaşı Bibi xanım bu məscidi öz hökmdarının növbəti yürüşdən qayıtması şərəfinə hədiyyə olaraq tikdirmək qərarına gəlib. Məscidin inşası üçün imperiyanın ən yaxşı memarı dəvət olunub. Hətta Azərbaycanlı, Fars, Hindli memar, rəssam və nəqqaşlardan ibarət 100 nəfər məşhur ustalar işə cəlb edilib.
Məscidin inşası həqiqətən Teymur şah yürüşlərdə olarkən aparılıb, ancaq tikinti əmrini o özü şəxsən, 1399-cu ildə, Hindistandan zəngin qənimətlə qayıtdıqdan sonra verib, işin gedişatına həqiqətən şahın həyat yoldaşı nəzarət edib, amma onun adı Sarayı – Mülk – xanım idi, gənc deyildi, əksinə, yaşlı qadın idi və məscidin özünü deyil, məscidin qarşısındakı mədrəsəni tikdirirdi, Məscidin inşasına nəzarət etməyi isə Teymur iki saray əyanına tapşırıb, bu tapşırığa məsuliyyətlə yanaşmadıqlarına görə, nəticədə hər ikisi edam olunub.
Səmərqənd Bibi xanım məscidi müsəlman aləmində ucaldılmış ən möhtəşəm tikililər sırasına daxildir. Müasir dövrümüzə dağılmış halda gəlib çatmasına baxmayaraq, hələ də öz möhtəşəmliyi və dekorativ tərtibatının zənginliyi ilə heyrətamiz təsir bağışlayır.
Məscid ansamblının ölçüləri 167 x 109 m sahəni əhatə edir. Əvvəllər bu məkanda dünyanın dörd istiqamətinə uyğun nəhəng dörd eyvanlı giriş – portallarla xarici divarlar yerləşib. Burada 78 x 64 m ölçüdə dördbucaqlı həyət, fəvvarə - hovuz, 400 ağ mərmər sütunlar üzərində qalereyalı tağlar sırası, geniş gümbəzli məscid zalı, künc hissələrdə dörd ədəd zərif quruluşa malik minarələr var olub. Hal-hazırda isə təkcə monumental tikili daş parçaları qalıb, hələ də zəngin dekorativ tərtibatı və binaların əsas formaları göz oxşayır. Məscidin qalıqları arasında 3/4 ölçüdə qorunub saxlanmış hündür giriş qapısı (portal), yan tərəflərdə möhtəşəm dairəvi qalalar nəzərə çarpır.
Portalın aşağı tərəfində boz mərmər friz (ornamental zolaq) üzərində ərəbcə yazı həkk olunub. Onun üstündə rəngli şirəli (qlazur) kərpiclərdən üzləmə zurulub həndəsi şəklindədir. Portalın tağını mozaikalı kəmərlər əhatə edir, nəbati ornamentlərdən və ərəb yazılarından ibarətdir.
Divarları oyma mozaikalar və rəngli kərpiclərlə bəzədilib, böyük ərəb hərfləri mavi rəndədir, qırmızı fonda işləniblər. İçəridə ağ fon üzərində mavi və qızılı rənglərlə işlənmiş zəngin divar rəsimlərinin qalıqları var.
Eyvanın tağı 18 m hündürlükdədir, eyvanın isə 30 m hündürlüyü var. Eyvan səkkiz künclü qalalarla əhatələnib. Daxili gümbəzin hündürlüyü nə vaxtsa 40 m, diametri 30 m olub.
Məscidin dekorativ tərtibatı rəngarəng və zəngindir. Burada mayolika, mozaika, üzlənmiş kərpic, qızıl və parlaq divar rəsimlərinə rast gəlmək olar. Nəbati və həndəsi ornamentlər, ərəb yazıları, iri pannolar şərq xalçası kimi məscidin divarlarını və fasadını örtüb.
Məscidin cənub – qərb hissəsində yarımçıq qalmış minarənin qalıqları ucalır. Minarənin üzərinə şirəli kərpicdən qurulmuş naxış spiralı örtür.
Sonralar şərqin bir çox şəhərlərində Bibi xanım məcsidinin motivləri əsasında obrazı yaradılmış məscidləri ucaldılıb. Bu böyük müsəlman məbədi xarabalıqlar şəklində qalsa da, əsrlər boyunca Mərkəzi Asiya memarlığının inkişafına zəmin yaratdıb.






