Son dəqiqə

Ağdam Qarabağ Şuşa Heydər Əliyev Fondu Şərqi Zəngəzur Tarixi abidələr mədəni irs Din xadimləri Dini abidələr Restavrasiya

Din xadimləri Qarabağ və Şərqi Zəngəzurdakı tarixi-dini abidələri ziyarət ediblər

BAKI,TurkicWorld

Şamaxı rayonunda fəaliyyət göstərən din xadimləri Qarabağ və Şərqi Zəngəzurdakı tarixi-dini abidələri ziyarət ediblər.

TurkicWorld xəbər verir ki, səfər zamanı iştirakçılar Şuşa şəhərindəki Yuxarı Gövhər Ağa, Aşağı Gövhər Ağa, Çöl Qala, Saatlı və Mamayı, Ağdam rayonundakı Cümə və Qiyaslı məscidlərində, eləcə də Zəngilan məscidində olublar. Onlara abidələrin tarixi, memarlıq xüsusiyyətləri, işğal dövründə məruz qaldıqları dağıntılar və işğaldan azad olunduqdan sonra Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən bərpa işləri barədə ətraflı məlumat verilib.

Ziyarətlər zamanı işğal dövründə dağıdılmış və ya ciddi zərər görmüş abidələrin mövcud vəziyyəti və onların bərpası istiqamətində dövlət tərəfindən görülən tədbirlər diqqətə çatdırılıb. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bərpa və yenidənqurma proqramlarında dini və mədəni irsin qorunması xüsusi diqqət mərkəzindədir. Heydər Əliyev Fondu tərəfindən bölgədə yerləşən dini abidələrin və ziyarətgahların restavrasiyası istiqamətində mühüm işlər görülür.

Qeyd olunub ki, belə səfərlər din xadimlərinin tarixi abidələrin bərpası və regionda aparılan yenidənqurma prosesləri barədə məlumatlılığını artırır.

Mövzuya görə xəbərlər