Son dəqiqə

Ağdam Xocavənd

Ağdam və Xocavəndə daha 78 ailə köçürülüb

Ağdam. TurkicWorld:

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış proqramı çərçivəsində Ağdam şəhərinə və Xocavənd rayonunun Quzeyxırman kəndinə növbəti köç həyata keçirilib.

TurkicWorld-un Qarabağ bürosu xəbər verir ki, bu mərhələdə Ağdam şəhərinə 70 ailə (238 nəfər), Xocavənd rayonunun Quzeyxırman kəndinə isə 8 ailə (34 nəfər) köçürülüb. Beləliklə, ümumilikdə 78 ailə – 272 nəfər doğma yurduna qayıdıb.

Köçürülən ailələr respublikanın müxtəlif ərazilərində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlərdir.

Mövzuya görə xəbərlər