Son dəqiqə

Hindistan etiraz aksiyası Məşğulluq Sosial Şəbəkə Yeni Dehli Tarakanlar Partiyası Bərabər imkanlar İctimai narazılıq

Hindistanda “Tarakanlar Partiyası”nın tərəfdarları ilk böyük etiraz aksiyasını keçirib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Yeni Dehlidə özünü “Tarakanlar Partiyası” adlandıran hərəkatın tərəfdarları sosial və təhsil bərabərliyi tələb edərək ilk böyük etiraz aksiyasını təşkil ediblər.

TurkicWorld xəbər verir ki, şəhərin mərkəzində keçirilən aksiyada yüzlərlə gənc iştirak edib. Etirazçılar tarakan maskaları taxaraq, əllərində plakatlar, Hindistan bayraqları və kitablar ilə təhsil və məşğulluq sahəsində bərabər imkanlar tələb ediblər.

Məlumata görə, sosial şəbəkələrdə zarafat kimi yaranan hərəkat qısa müddətdə Hindistan gənclərinin narazılığının simvoluna çevrilib. Aksiya internetdə başlayan etirazların real siyasi və ictimai müstəviyə keçdiyini nümayiş etdirib.

Mövzuya görə xəbərlər