Şəhid Orxan Əsgərovla vida mərasimi keçirilir

Şəhid Orxan Əsgərovla vida mərasimi keçirilir

Bakı. TurkicWorld

Azərbaycanın İrandakı Səfirliyinə terror hücumunda şəhid olan Orxan Əsgərovun nəşi Bakıda yaşadığı evə gətirilir.

TurkicWorld-in əməkdaşının verdiyi məlumata görə, dünən hava limanında şəhidin nəşi ailəsinə təhvil verilib və daha sonra Təzə Pir məscidinə aparılıb. Hazırda şəhidlə vida mərasimi keçirilir.

O.Əsgərov bu gün 12:00-da Bakıda İkinci Şəhidlər xiyabanında torpağa tapşırılacaq.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

Yanvarın 29-da isə yerli vaxtla 22:00 radələrində Azərbaycanın İrandakı səfirliyinin əməkdaşlarını və səfirliyə hücum zamanı şəhid olan Orxan Əsgərovun cənazəsini gətirən təyyarə Bakıda Heydər Əliyev Hava Limanına eniş edib.

Ümumilikdə Tehrandan Bakıya 53 nəfər təxliyyə edilib.