Son dəqiqə

İran ABŞ Tehran Məsud Pezeşkian Oman Abbas Əraqçi Hörmüz boğazı Gəmiçilik

Hörmüz boğazı ilə bağlı Omanla razılaşma çox yaxındır - İran

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İranın xarici işlər naziri Abbas Əraqçi Tehranın Hörmüz boğazı ilə bağlı Omanla razılaşma əldə etməyə çox yaxın olduğunu bildirib. O, eyni zamanda ABŞ-ni daha əvvəl Pakistanda əldə edilmiş anlaşma sənədinin şərtlərini pozmaqda ittiham edib.

TurkicWorld xəbər verir ki, Abbas Əraqçi İran Prezidenti Məsud Pezeşkianla birgə keçirdiyi mətbuat konfransında Tehranın sözügedən anlaşmanın beşinci bəndini yerinə yetirdiyini açıqlayıb.

Əraqçinin sözlərinə görə, əldə olunmuş razılaşma çərçivəsində Hörmüz boğazında hərəkətin bir ay ərzində normal vəziyyətə qayıtması nəzərdə tutulurdu. Nazir bildirib ki, iki həftə ərzində boğazdakı hərəkət normal səviyyənin 60 faizinə çatdırılıb.

İranın xarici işlər naziri bununla yanaşı, ABŞ-ni Tehranın xəbərdarlıqlarına baxmayaraq Hörmüz boğazından yeni keçid yolları yaratmağa çalışmaqda ittiham edib.

Əraqçi bildirib ki, Omanla aparılan danışıqlar daimi keçid yolu müəyyənləşdirilənədək müvəqqəti gəmiçilik yolunun yaradılmasına yönəlib.

Onun sözlərinə görə, yeni daimi keçid yolu ilə bağlı razılıq əldə olunana qədər müvəqqəti yol əsas keçid üçün ilkin variant kimi nəzərdə tutulacaq.

Nazir Hörmüz boğazındakı gəmiçilik marşrutları ilə bağlı İran və Omanın hərbi və dəniz qüvvələri arasında da danışıqların aparıldığını bildirib.

Mövzuya görə xəbərlər