Fələstin BMT İsrail YaxınŞərq YaxınŞərqMünaqişəsi QərbSahili MəcburiKöçkünlər HumanitarBöhran

BMT: İsrail Qərb sahilində 40 minə yaxın Fələstinlini məcburi köçkünə çevirib

BAKI, TurkicWorld

Birləşmiş Millətlər Təşkilatı bildirib ki, İsrail 2025-ci ilin əvvəlindən etibarən işğal altındakı İordan çayının qərb sahilində təxminən 40 min fələstinlini evlərini tərk etməyə məcbur edib.

TurkicWorld xəbər verir ki, bu barədə BMT Baş katibinin müavini və sözçüsü Fərhan Haq Nyu-Yorkdakı BMT qərargahında keçirilən brifinq zamanı məlumat verib.

O, Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin məlumatlarına istinad edərək bildirib ki, İsrail tərəfindən həyata keçirilən dağıntılar və tikililərin sökülməsi məcburi köçürülmə prosesini daha da sürətləndirir.

Fərhan Haq qeyd edib ki, yalnız may ayının ilk həftəsində israilli məskunlaşanların həyata keçirdiyi söküntülər nəticəsində 42 fələstinli, o cümlədən 24 uşaq evsiz qalıb.

Məlumatda vurğulanıb ki, İsrail qüvvələri və silahlı məskunlaşanlar hərbi himayə altında İordan çayının qərb sahilinin müxtəlif bölgələrində davamlı hücumlar həyata keçirir, mülki şəxsləri və yaşayış məntəqələrini hədəfə alırlar.

BMT rəsmisi bildirib ki, bu hücumlar nəticəsində insanlar öz torpaqlarını tərk etməyə məcbur olurlar.

Mövzuya görə xəbərlər