Son dəqiqə

NATO İran ABŞ Almaniya Avropa Birliyi Fridrix Merts nüvədanışıqları

Almaniyadan ABŞ-a mesaj: İran böhranına baxmayaraq NATO birliyi qorunacaq

BAKI, TurkicWorld

Almaniya kansleri Fridrix Merts İran ətrafında yaranmış müharibə fonunda ABŞ ilə Avropa arasında fikir ayrılıqlarının artmasına baxmayaraq, NATO çərçivəsində əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb.

TurkicWorld xəbər verir ki, İsveçin Baş naziri Ulf Kristersson ilə keçirdiyi birgə mətbuat konfransında çıxış edən Fridrix Merts Almaniya və digər Avropa ölkələrinin ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarına dəstək verməməsindən sonra müəyyən gərginliyin yarandığını bildirib.

Kansler qeyd edib ki, tərəflər arasında müəyyən fərqlər və çağırışlar mövcud olsa da, NATO alyansının qorunması prioritet olaraq qalır.

“Biz bu alyansı gələcək üçün qoruyub saxlamaq niyyətindəyik və buna həqiqətən sadiqik”, – deyə Fridrix Merts bildirib.

O əlavə edib ki, əsas məqsəd İranın nüvə silahı əldə etməsinin qarşısını almaq və regionda münaqişəyə son qoymaqdır.

“Bu məqsəd Amerika ilə Avropa arasında ortaq məqsəddir”, – deyə Almaniya kansleri vurğulayıb.

Mövzuya görə xəbərlər