BAKI,TurkicWorld
ABŞ-yə məxsus hərbi gəmi Omanın Foceyre limanından Hörmüz boğazı istiqamətində hərəkət edən gəmi geri çəkilib.
Bu barədə TurkicWorld İran mediasına istinadən məlumat verib.
Bildirilir ki, İran Silahlı Qüvvələri bu hərbi gəminin istiqamətini dəqiqləşdirərək Pakistanda müzakirə heyətinə məlumat veriblər. İran nümayəndə heyəti dərhal vasitəçi Pakistan tərəfi ilə ABŞ heyətinə məsələni çatdırıb. Eyni zamanda xəbərdarlıq edilib ki, hərbi gəmi 30 dəqiqə ərzində ABŞ geri çəkilməsə İran tərəfindən vurulacaq və İran və ABŞ arasında keçirilən müzakirələrə ciddi zərbə olacaq.
Qeyd olunur ki, sözügedən hərbi gəmi Hörmüz boğazına doğru hərəkətini dayandırıb.
Qeyd edək ki, bu gün İslamabadda Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında müzakirələr başlanıb. Müzakirələrdə İran heyətinə parlamentin sədri Məhəmməd Baqir Qalibaf və ABŞ heyətinə vitse-prezidenti Ceyms Devid Vens başçılıq edir.
Qeyd edək ki, ABŞ, İsrail və İran arasında müharibə 41 gün davam edib. Müharibə ilə əlaqədar Pakistanın vasitəçiliyi ilə tərəflər arasında iki həftəlik atəşkəs elan olunub.







