Son dəqiqə

Mədəniyyət Nazirliyi Adil Kərimli Beynəlxalq Muğam Mərkəzi M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı Mustafa Aşurov S.Rüstəmov adına Xalq çalğı alətləri orkestri

Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblına direktor-baş dirijor təyin olunub

BAKI,TurkicWorld

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının tabeliyində fəaliyyət göstərən F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının direktoru-baş dirijoru vəzifəsinə təyinat olub.

TurkicWorld Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli bununla bağlı müvafiq əmr imzalayıb. Əmrə əsasən, Mustafa Aşurov ansambla direktor-baş dirijor təyin edilib.

Mustafa Aşurov son təyinatadək Beynəlxalq Muğam Mərkəzinin nəzdindəki S.Rüstəmov adına Xalq çalğı alətləri orkestrinin bədii rəhbəri və baş dirijoru vəzifəsində çalışıb.

Mövzuya görə xəbərlər